skip to Main Content
ARDANIŞ ÇEMPİONATINDA “GÖYÇƏ” ÇEMPİON OLDU

ARDANIŞ ÇEMPİONATINDA “GÖYÇƏ” ÇEMPİON OLDU

Bu ilin əvvəlindən start götürən Ardanış Çempionatı başa çatıb.

Ardnish.az saytı xəbər verir ki, fevralın 15-də son oyun baş tutub. Meydana “Göyçə” və “Ardanış” komandaları çıxıb. Qarşılaşmanın əvvəlində üstünlüyü “Ardanış” ələ alsa da qalib “Göyçə” olub. Rəqibinə 9:5 hesabı ilə qalib gələn “Göyçə” çempionatın başa çatmasına bir tur qalmış çempionluğunu elan edib.

Ümumiyyətlə, ARDANIŞ ÇEMPİONATI 2017-ci ildən rəsmən elan olunub və hər il davam edir.

Xatırladaq ki, qalib “Göyçə” komandası bu həftənin sonunda Masallıya yola düşəcək və orada yerli “Viləş” komandası ilə yoldaşlıq oyunu keçirəcək. Matç fevralın 20-də saat 18:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.


Back To Top