skip to Main Content
ARDANIŞ ÇEMPİONATI YENİ FORMATDA TƏŞKİL OLUNDU

ARDANIŞ ÇEMPİONATI YENİ FORMATDA TƏŞKİL OLUNDU

Bu ildən etibarən Ardanış Çempionatı (AÇ) fərqli və yeni formatda fəaliyyət göstərəcək.

Ardanış.az xəbər verir ki, bununla əlaqədar Ardanış Futbol Federasiyasının Təşkilat Komitəsinin fevralın 23-də xüsusi iclası keçirilib.

Çempionatın təsisçisi və təşkilatçısı, Ardanış Futbol Federasiyasının prezidenti Rasim Həsənov, Ardanış Futbol Akademiyasının rəhbəri və federasiyanın vitse-prezidenti Əsgər Əlioğlu, Təşkilat Komitəsinin sədri Azər Hüseynov çempionatla bağlı və bu mövsüm nəzərdə tutulan yeniliklər barədə ətraflı məlumat veriblər.

İclasda geniş müzakirələrdən sonra qərara alınıb ki, sayca 7-ci olan bu mövsüm AÇ-da 18 futbolçu (kapitan) komandasına rəmzi ad verəcək, ümumi oyunçulardan özünə 7-8 nəfərlik heyət düzəldərək sahəyə çıxacaq. Hər futbolçu mövsüm boyu 3 dəfə komanda təşkil edə biləcək. Hər bir məğlubiyyət və qələbə turnir cədvəlində onun komandasının adına qeyd olunacaq. Burada maraqlı odur ki, hər bir oyunçu istənilən seçim hüququ olan şəxsin komandasında təmsil olunacaq. Oyunçuların seçimini isə komandanın kapitanları müəyyənləşdirəcəklər.

Beləliklə, komandalar bu şəkildə olacaq:

1 Azər Huseynov “Galatasaray”
2 Emin Imaməliyev “Qəbələ”
3 Rakif Əliyev “Inter Milan”
4 Emin Qasımov “Çelsi
5 Ramiz Hüseynov “Napoli”
6 İmaməddin Zeynalov “Kuban”
7 Namiq Həsənov “River Pleyt”
8 Elçin İsmayılov “Liverpul”
9 Emil Bayramov “Milan”
10 Rəşad Məmmədəliyev “Mançester Siti”
11 Elvin İsmayılov “Barselona”
12 Ayxan Abbasov “Bavariya”
13 Emin Ələsgərov “Real Madrid”
14 Rasim Həsənov “Mançester Yunayted”
15 Əsgər İbrahimov “Ardanış”
16 Rafiq Həsənov “Dinamo Kiyev”
17 Şükür Məmmədəliyev “Spartak Moskva”
18 Tariq Qasımov “Kəpəz”

Müzakirələrdən sonra cütlüklər və oyunların püşkü atılıb. Püşkatma mərasimində əvvəlcə çempionatın ilk 6 mövsümünə qiymət verilib, çempionatın qaydalarına müəyyən dəyişikliklər olunması barədə yeni təkliflər irəli sürülüb.

Bildirilib ki, bu mövsüm ilk oyun fevralın 25-də keçiriləcək və oyuna Azər Hüseynovun “Qalatasaray” komandası ilə Namiq Həsənovun “River Pleyt” komandaları qarşılaşacaq.

Mövsümün qaydaları da məlum olub. Belə ki, bu mövsüm 94 matçdan ibarət olacaq və yeni ilədək davam edəcək. Bu çempionatda mükafat, kubok və medallar nəzərdə tutulub.

Bundan əlavə, bu mövsüm hər bir komanda rəhbərinin seçdiyi futbol klubunun forması ilə sahəyə çıxacaq. Buna səbəb hər il dünya klublarının adını yaşatmaq, bununla da Ardanış Çempionatına diqqəti daha da artırmaq və xarici ölkələrdə AÇ-yə maraq göstərən tamaşaçıların istəyini nəzərə almaqdır.

Ardanış Çempionatının bu mövsümdə oyunları “Şəfa” stadionunda həftənin 1-4-cü günləri saat 20:00-da keçiriləcək.

Onu da diqqətə çatdıraq ki, Ardanış Çempionatına bu mövsüm informasiya dəstəyini Rakus.az saytı verəcək.

Xatırladaq ki, Ardanış Çempionatı 2017-ci il oktyabrın 18-də təsis olunub.

İlk mövsüm dekabrın 11-də başlayıb, 2018-ci il fevralın 5-də başa çatıb.

İkinci mövsümə 2018-ci il fevralın 14-dən start verilsə də, fevralın 19-da yeni dəyişikliyə qərar verilib. İki komandalı sistemdə oyunlara fevralın 21-dən start verilib. Martın 7-dən isə çempionatda yenidən 3 komanda mübarizə aparıb və aprelin 25-də başa çatıb.

Üçüncü mövsümə  2018-ci il sentyabrın 15-də 4 komanda ilə start verilib və noyabrın 7-də yekun vurulub.

Dördüncü mövsüm  2019-cu il iyunun 1-dən iyulun 30-dək davam edib və ik komanda mübarizə aparıb.

Beşinci mövsüm 2019-cu il oktyabrın 29-dan dekabrın 30-dək davam edib və 3 komanda mübarizə aparıb.

Altıncı mövsüm 2020-ci il yanvarın 6-dan dekabrın 10-dək 2 komanda ilə davam edib.

Yeddinci tura isə 2021-ci il fevralın 25-də 18 komanda ilə start verilib.

Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.


Back To Top