
20 yanvar şəhidlərimizi taniyaq!
Göyçəli Oqtay Kərimov- 20 yanvar şəhidi
Oqtay Eyvaz oğlu Kərimov 1964-cü il martın 21-də Qərbi Azərbaycanın, Göyçə mahalının (Krasnoselo) Ardanış kəndində anadan olub. Arxangelsk vilayətində Ali Partiya məktəbində təhsil alıb. “Novaya zemlya” deyilən ərazidə, keçmiş SSRİ SQ-nin sıralarında xidmət edib.
28 nömrəli təmir-tikinti idarəsində fəhlə işləyib.
Subay idi.
Atası Kərimov Eyvaz Kərim oğlu 1988-ci ilin dekabrında dədə-baba yurdundan – Göyçədən qovulub.
O gecə Oqtay eşidib ki, «Gənclik» metrosunun yanında əsgərlər günahsız adamları qırır, onlara kömək etmək üçün metronun yanına gəlir. Stadionun şimal qapısının yanında hərbçilər yaralılara kömək edənləri də güllələyib. Onların içində Oqtay da olub. Yaralanandan sonra təxminən 3 saat vurulduğu yerdə qalıb. Çoxlu qan itirib.
Mərhumun cəsədini yanvarın 21-də mərkəzi ölüxanadan tapıblar.
Şəhidlər xiyabanında uyuyur. ALLAH Rəhmət Eləsin!
Allah rəhmət elləsin
Göyçə komandasının hüçumçusu Azər Hüseynovun dayısıdı Allah rəhmət elləsin
Allah rehmet elesin Ardanish qehraman ovladina
Allah rehmet elesin