skip to Main Content
“Sadaxlı” Yenidən Liderliyə Yüksəldi

“Sadaxlı” yenidən liderliyə yüksəldi

 

Oktyabrın 8-də Ardanış Çempionatının 3-cü mövsümün 4-cü turunda “Ardanış” və “Sadaxlı” komandaları qarşı qarşıya gəlib.

“Vətən” idman klubunun stadionunda saat 20:00-da başlayan görüş, gözlənildiyi kimi baxımlı və bol qollu keçib. Tərəflər arasında keçirilən ilk oyunda məğlub olan “Ardanış” komandası, oyuna daha istəkli başlasa da, ilk qol “Sadaxlı” komandasından gəlib. Möhsün Tapdıqovun dəqiq ötürməsini Hidayət Xudiyev möhtəşəm zərbə ilə qapıdan keçirdib. İstəkli başladığı oyunda hesabda geri olmasına görə ruhdan düşən “Ardanış” komandasının imdadına “Maradona” ləqəbli təcrübəli Əsgər İbrahimov çatıb. İllərin təcrübəsi öz şəxsi bacarığı hesabına müdafiəçiləri geridə qoyaraq hesabı bərabərləşdirib. Oyunun növbəti dəqiqələri qarşılıqlı qollarla yadda qalıb. Famil Əliyevin baxımlı qoluna Etibar Alıyev cavab versə də, ilk hissənin yekununu Rasim Dəmirçəlli təyin edib. Beləliklə ilk hissə Sadaxlı komandasının 2-3 hesablı qələbəsi ilə yekunlaşıb.

İLK HİSSƏ:

ARDANIŞ 2 – 3 SADAXLI

İkinci hissə məğlubiyyətdən xilas olmaq istəyən “Ardanış” komandası irəli atılsa da, müdafiədə buraxılan kobud səhv nəticəsində qapısında daha bir qol görüb. Gecənin ulduzu Famil Əliyev fərqi 2 topa çatdırıb. Gözlənilənin əksinə ruhdan düşməyən “Ardanış” komandası, buraxdığı qolun cavabını çox gecikdirməyib, 3-4. “Maradona” yenidən səhnəyə çıxaraq komandasına ümid verməyə çalışsa da, meydanlarda nadirən rastlanan hadisə yaşanıb. Belə ki, “Sadaxlı” komandasının qapısını qoruyan Rauf Aslanov, öz qapısından vurduğu dəqiq zərbə ilə topu rəqib qapısından keçirdib, 3-5. Oyunun sonlarında tamaşaçılar daha 3 qola şahid olub. Famil Əliyevin vurduğu qola, gecənin daha bir ulduzu Etibar Alıyev 2 qolla cavab versə də, “Ardanış” komandasını məğlub olmaqdan xilas edə bilməyib.

YEKUN NƏTİCƏ:

ARDANIŞ 5 – 6 SADAXLI

QOLLAR:

“ARDANIŞ” – Əsgər İbrahimov (2), Etibar Alıyev (3).

“SADAXLI” – Hidayət Xudiyev (1), Rasim Dəmirçəlli (1), Rauf Aslanov (1), Famil Əliyev (3).

· Növbəti oyun oktyabrın 10-da keçiriləcək və “Göyçə” ilə “Novo İvanovka” komandaları “Vətən” İdman Klubunun stadionunda saat 20:00-da qarşılaşacaq.

Şərhlər Administratorun təsdiqindən sonra saytda paylaşılmaqdadır.
Şərh bildirərkən adınızı qeyd etməyi unutmayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back To Top