skip to Main Content
“Novo İvanovka” “Sadaxlı”nı Darmadağın Etdi!

“Novo İvanovka” “Sadaxlı”nı darmadağın etdi!

 

Oktyabrın 1-də Ardanış Çempionatının 3-cü mövsümün 3-cü turunda əzəli rəqiblər qarşı qarşıya gəlib.

“Vətən” idman klubunun stadionunda saat 20:00-da başlayan görüş misli görülməmiş hadisələrlə yadda qalıb. İlk oyunlarda inamlı qələbələr qazanaraq liderliyə yüksələn “Sadaxlı”, ivanovkalılar qarşısında sözün əsl mənasında “ŞOK” yaşayıb. Belə ki, “Novo İvanovka” komandası, oyun başlar başlamaz rəqibin üzərində basqı yaradaraq ilk qolu vurmağa nail olub. Elçin İsmayılovun möhtəşəm ötürməsini, Azər Hüseynov dəqiq zərbəylə qapıdan keçirdib, 1-0.
Rəqib, ilk qolun təsirindən ayılmamış hücumlarını davam etdirən ivanovkalılar Qasım Məmmədovun baş zərbəsiylə fərqi 2-yə çatdırıb. Bununla kifayətlənməyən ivanovkalılar, hissənin sonunadək Ramiz Hüseynovun 1, Azər Hüseynovun daha 2 qoluyla fərqi 5-ə çatdırıb.

İlk hissə:
Novo İvanovka 5 – 0 Sadaxlı

İkinci hissə gərgin anlarla yadda qalıb. Oyun başlar başlamaz hücumlar edən “Sadaxlı” komandasını əks hücumda yaxalayan “Novo İvanovka”, Vüsal Hüseynovun sərt zərbəsindən sonra fərqi 6-ya çatdıraraq sadaxlılıların geri dönüş ümidlərinə son qoyub.
Oyunun sonları isə qarşılıqlı qollarla yadda qalıb. Bir qol vurmağa nail olan sadaxlılılara, ivanovkalıların cavabı gecikməyib.
Beləliklə oyun 7-1 “Novo İvanovka” komandasının xeyrinə başa çatıb.

Yekun nəticə:

Novo İvanovka 7 – 1 Sadaxlı

Qollar:
“Novo İvanovka” – Azər Hüseynov (4), Qasım Məmmədov (1), Ramiz Hüseynov (1), Vüsal Hüsenov (1).
“Sadaxlı” -Möhsün Taptıqov

Şərhlər Administratorun təsdiqindən sonra saytda paylaşılmaqdadır.
Şərh bildirərkən adınızı qeyd etməyi unutmayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back To Top