skip to Main Content
“Novo İvanovka” Rəqibini “çilədi” Və Lider Oldu

“Novo İvanovka” rəqibini “çilədi” və lider oldu

Noyabrın 7-də Ardanış Çempionatında ikinci dövrənin ilk qarşılaşmasında “Novo İvanovka” rəqibi “Ardanış” komandasını darmadağın edib.

“Təbiət vurğunları” heç də gərgin keçməyən mübarizədə çox asanlıqla qalib gəliblər. Oyunun taleyi matçın ilk hissəsində həll olunub. “Novo İvanovka” “dağ oğlanları”nın qapısından 4 cavabsız top keçiriblər. “Ardanış”ın aparıcı oyunçularının qələbə qazanmaq istəməməsi və özündən müştəbehlik qarşılaşmanın ikinci yarısında da özünü göstərib. Komanda qapısından daha 3 top buraxıb. Görüşün sonlarına doğru “Ardanış” təzyiqi artırıb 4 qol vursa da, bu, heç bir işə yaramayıb -8:5. 

Beləliklə, “Ardanış” bu sarsıdıcı zərbədən sonra liderliyi top fərqi ilə “Novo İvanovka”ya təhvil verib. Hazırda hər iki komandanın 19 xalı var.

Qollar – Azər Hüseynov 3, Qasım Məmmədov 3, Ceyhun Alıyev 1, Vüsal Hüseynov 1 (Novo İvanovka), Əsgər İbrahimov 5 (“Ardanış”)

Xatırladaq ki, növbəti oyun noyabrın 9-da saat 20:00-da olacaq. “Vətən” İdman Klubunun stadionunda “Göyçə” ilə “Sadaxlı” qarşılaşacaq.

Şərhlər Administratorun təsdiqindən sonra saytda paylaşılmaqdadır.
Şərh bildirərkən adınızı qeyd etməyi unutmayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back To Top