skip to Main Content
“Ardanış” Və “Sadaxlı” – Iki Böyük Mahalın Futbol Dueli Başlayır

“Ardanış” və “Sadaxlı” – iki böyük mahalın futbol dueli başlayır

  • Ardanış Çempionatının 3-cü mövsümündə üçüncü tur bu gün başlayır. Sahəyə Azərbaycanın qədim ozan yurdları olan “Göyçə” və “Borçalı” mahallarının sayılıb-seçilən iki kəndini təmsil edən eyni adlı komandalr – “Ardanış” ilə “Sadaxlı” tarixi oyuna çıxacaq.
  • Bu imtahandan kimin necə çıxacağını söyləmək çətindir. Çünki hər iki komanda çempionatın fovariti sayılır. Futbol duelində ilk növbədə dostluğun qalib gələcəyinə əminik. Amma idmanda bəzən güzəşt və dostluq müvəqqəti olaraq “dondurulur”. Bu baxımdan komandalar matça ciddi önəm verməklə yanaşı, çox məsuldar yanaşır.
  • “Ardanış” komandasının müdafiəçisi Ayxan Abbasov bugünkü oyun barədə fikirlərini saytımıza bölüşüb. O deyib ki, “borçalı təmsilçiləri” çempionatda ən gənc heyətə sahibdir: “Təbii ki, onlar bu üstünlükdən faydalanacaqlar. Amma biz gənclərin önünə yeni taktika ilə çıxacağıq. Hər iki komanda, demək olar, eyni gücə sahibdir. Biz hazırda turnir cədvəlində ilk pillədə yer alırıq,ə çalışacağıq ki, bu gün üçüncü qələbəni qazanaq və rəqiblərimizi xalq fərqi ilə geridə qoyaq”.

  • Çempionata yaxşı nəticələrlə başlayan “Sadaxlı”nın kapitanı Rasim Dəmirçəli isə saytımıza bildirib ki, bu oyun onlar üçün həm tarixi, həm də imic xarakteri daşıyır: “Bizim çempionata qələbə ilə başlamağımız rəqiblərdə yaxşı mənada bir az qısqanclıq yaratdı. Digər üç komanda heyətimizin gənc və perspektivli olduğunu gördü. Ona görə də, onlar komandamızla sahəyə həmişə ehtiyatla çıxırlar. Rəqimiz “dağ oğlanlarına” gəlincə, bu çempionatda çox iddialıdırlar. Oyun asan keçməyəcək, güclü olan qazanacaq. Sahədən məğlubiyyətlə ayrılmaq istəmirik və aktivimizə 3 xal yazdırmaqla liderliyi ələ keçirmək istəyirik. Hər iki komandaya uğur arzulayıram”.

  • Beləliklə, “pələnglərin mübarizəsi” təkcə iki komanda üçün önəmli deyil, həm də tamaşaçılar üçün böyük maraq kəsb edir və oyuna rekord sayda futbolsevərin gələcəyi gözlənilir.

Şərhlər Administratorun təsdiqindən sonra saytda paylaşılmaqdadır.
Şərh bildirərkən adınızı qeyd etməyi unutmayın.

Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back To Top