skip to Main Content
“Ardanış” – “Novo İvanovka”: Liderlik Uğrunda Mübarizə Başlayır

“Ardanış” – “Novo İvanovka”: liderlik uğrunda mübarizə başlayır

Bu gün Ardanış Çempionatında ikinci dövrəsinə start verilir. “Ardanış” ilə “Novo İvanovka” 11-ci turda qarşılaşacaq.

Liderlik yolunda iddialı olan hər iki komanda bu gərgin mübarizədən qalib ayrılmağı düşünür. Belə ki, hazırda 19 xalla turnir cədvəlinə başçılıq edən “dağ oğlanları” aktivinə 3 xalı yazdırıb rahat nəfəs almağa çalışacaq. Rəqibindən 3 xal geri qalan “təbiət vurğunları” isə qələbəni təmin etməklə top fərqi ilə liderlik qoltuğunu ələ keçirməyi qarşısına məqsəd qoyub.

Təbii ki, analitiklər bugünkü oyundan kimin məyus, kimin sevincli çıxacağını söyləməkdə çətinlik çəkirlər. Çünki hər iki komanda çempionatın fovariti sayılır. Ona görə də komandalar qarşılaşmaya  çox məsuldar yanaşır. Əminik ki, görüş sakit və maraqlı keçəcək.

Xatırladaq ki, matç bu gün saat 20:00-da “Vətən” İdman Klubunun stadionunda baş tutacaq.

 

 

 

Şərhlər Administratorun təsdiqindən sonra saytda paylaşılmaqdadır.
Şərh bildirərkən adınızı qeyd etməyi unutmayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back To Top