skip to Main Content
“Ardanış” “Novo İvanovka”nı Xalsız Yola Saldı

“Ardanış” “Novo İvanovka”nı xalsız yola saldı

  • Sentyabrın 21-də Ardanış Çempionatının üçüncü mövsümündə 2-ci tura yekun vurulub.  “Ardanış” ilə “Novo İvanovka” komandaları yaşıl meydançada ilk oyununu keçirib.
  • “Vətən” İdman Klubunun stadionunda saat 20:00-da başlayan görüş çox da gərgin epizodlarla yadda qalmayıb. Tərəflərin qarşılıqlı hücumları bu matçı nisbətən baxımlı etsə də, oyun 4:3 hesabı ilə yekunlaşıb. Sevinən tərəf “Ardanış” olub. Belə ki, oyunun ilk hissəsində “dağ oğlanları”nın aparıcı futbolçularından olan Şükür Məmmədalıyev sözünü deyib. O, hakimin təyin etdiyi cərimə zərbəsini ustalıqla qapıya yönləndirərək hesabı açıb. Bundan bir neçə dəqiqə sonra Əsgər İbrahimovun dəqiq ötürməsini bu çempionatda fərqli oyun tərzi ilə seçilən, bombardirlik iddiasını ortaya qoyan Emin Bayramov qola çevirib.
  • Fasiləyə 2:0 üstünlüklə yola düşən komanda ikinci hissə də də rəqibin qapı torunu silkələməkdən çəkinməyib. Yenədə səhnəyə Emin Bayramov çıxıb və o, dalbadal daha iki qol vuraraq oyunda het-trikə imza atıb. Ümumiyyətlə, komanda üzvləri – Ayxan Abbasovun, Bayram Süleymanovun, Rəşad Məmmədalıyevin, Ramin Abdullayevin, Roma Arazoğlunun, qapıçı Natiq Vəliyevin inamlı oyun nümayiş etdirməsi qələbənin rəhni olub və komanda yoldaşları Emin Musaoğlunun yoxluğnu hiss etdirməyiblər.
  • “Novo İvanovka”ya gəlincə, ilk hissədə komandanın sərgilədiyi oyun alqış qazanmasa da, Ramiz Hüseynov ilə Elçin İsmayılovun oyuna daxil olması komandanı sanki silkələyib. Qapısından 4 top buraxmasına rəğmən ruhdan düşməyən “təbiət vurğunları” Azər Hüseynovun, Qasım Məmmədovun və Ramiz Hüseynovun qolları ilə “Ardanış”a qələbənin heç də asan başa gəlməyəcəyi mesajını veriblər. Qarşılaşmanın sonlarına doğru hücumlarını artıran komanda istəyinə nail ola bilməyib və sahədən 4:3 məğlub ayrılıb.
  • Onu da vurğulamaq lazımdır ki, “Novo İvanovka”da qapıçı Telman Məhərrəmovun inamlı oyunu diqqətdən qaçmayıb. Mütəxəssislər “təbiət vurğunları”nın məğlubiyyət səbəblərini belə izah edirlər ki, komanda daxilində bəzi oyunçulara inamın olmaması, eləcə də Elvin İsmayılovun müntəzəm oynadılmaması doğru qərar deyil və uğur gətirmir.
  • Baş hakm kimi Rasim Həsənovun idarəetmə təcrübəsindən danışmamaq da münükün deyil. Onun futbol karyerasında olduğu kimi, hakimlik karyerası da uğurlu alınır. Matç zamanı verdiyi qərarların şübhə doğurmaması, hər epizoda ədalətli yanaşma tərzi həm matçın gedişatına, həm də futbolçuların əhval-ruhiyyəsinə çox müsbət təsir göstərir.

Şərhlər Administratorun təsdiqindən sonra saytda paylaşılmaqdadır.
Şərh bildirərkən adınızı qeyd etməyi unutmayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back To Top